Azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

17:13 20 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 20 yanvar, AzərTAc 
20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikanın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da dərin hüznlə yad edilib.
AzərTAc xəbər verir ki, yanvarın 20-də rayon ictimaiyyəti- ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, Qarabağ müharibəsinin veteranları Şəhidlər xiyabanına gələrək Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarları üstünə və 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi önünə çiçək dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub.
Tədbir rayon mədəniyyət evində davam etdirilib. Mərasim iştirakçıları burada təşkil edilən sərgidə məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsmlərə baxıblar.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar.
Tədbirdə ümummilli lider Heydər Əliyevin qanlı hadisələrdən sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransını və 20 Yanvar faciəsini əks etdirən videofilm göstərilib.
Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azadliq_mubarizesinin_ve_qehremanliq_salnamesinin_parlaq_sehifesi-826129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR