"İŞİD" 2 yapona görə 200 milyon dollar tələb edir

"İŞİD" 2 yapona görə 200 milyon dollar tələb edir
17:17 20 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

"İŞİD" xəbərdarlıq edib ki, 2 yapon girovu öldürə bilər. Əgər onların xilasını istəyirsinizsə, 72 saat ərzində 200 milyon dollar ödəyin. Ancaq rəsmi Tokio terrorçuların bu hədəsinə baş əymək fikrində olmadığını bildirib. Milli.Az musavat.com-a istinadən məlumat verir ki, bu barədə “Agence France-Presse” xəbər yayıb.
 
Agentlik yazır ki, "İŞİD" avqust ayından indiyə kimi Qərbin 5 nəfər sakinini öldürüb.
 
Hazırda isə yapon girovlarla bağlı video-görüntülər yayılıb. Həmişə olduğu kimi, əlində bıçaq tutmuş terrorçu narıncı rəngdə paltar geydirilmiş girovların arasında dayanıb. Terrorçu ingilis dilində deyir ki, 72 saat ərzində 200 milyon dollar versəniz, onlar azad olunacaq...
 
Terrorçular Yaponiyanın baş naziri Sindzo Abeni anti-terror kampaniyasına dəstək verməkdə ittiham ediblər və bildiriblər ki, tələb olunan 200 milyon dollar kompensasiya xarakteri daşıyır.
 
Yapon hökuməti isə bildirib ki, onlar terrora baş əymək fikrində deyillər.
 
Yaponiyanın baş naziri Sindzo Abe bu yaxınlarda Qüdsdə olarkən bildirmişdi ki, onun ölkəsi Yaxın Şərqin inkişafı üçün 2,5 milyard dollar ayırmağa hazırdır. O, eyni zamanda qeyd etmişdi ki, "İŞİD"in hücumlarından əziyyət çəkmiş insanlara isə 200 milyon dollar veriləcək.
 
İndi terrorçuların 2 girova görə məhz 200 milyon dollar tələb etməsi bu bəyanatla səsləşir.
 
Agentlik yazır ki, yapon girovlardan biri Kenci Qoto müstəqil jurnalistdir. 1967-ci ildə doğulub. İkinci girovun adı isə Haruana Yukavadır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR