Qanlı qış gecəsində imperiya ordusunun gülləsinə tuş gələnlərdən ikisi astaralı idi

Qanlı qış gecəsində imperiya ordusunun gülləsinə tuş gələnlərdən ikisi astaralı idi
17:23 20 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 20 yanvar, Bağır Əliyev, AzərTAc 
1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan Vətən oğulları tarixə parlaq səhifə yazdılar.
AzərTAc xəbər verir ki, yanvarın 20-də qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimdə azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilib.
Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri “Şəhidlər” abidə kompleksinin önünə əklillər və gül dəstələri düzüblər. Burada şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə bildirilib ki, böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.
Diqqətə çatdırılıb ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri də astaralı idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini, iki uşaq atası Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.
Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_qis_gecesinde_imperiya_ordusunun_gullesine_tus_gelenlerden_ikisi_astarali_idi-826131

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR