Auditorlar Palatası mühasibat uçotu üzrə kurslar təşkil edir

17:23 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Auditorlar Palatası auditor və mühasib kadrlarının hazırlanması üçün mühasibat uçotu üzrə kurslar təşkil edir.
Palatadan AzərTAc-a bildiriblər ki, kurslar aprelin 1-dən mayın 1-dək keçiriləcək. Kursları audit və mühasibatlıq sahəsində böyük təcrübəyə malik yüksək ixtisaslı müəllimlər tədris edirlər. Sonda iştirakçılara müvafiq sertifikatlar veriləcək. Kurslar ödənişlidir.
İştirak etmək istəyənlər martın 20-dək Auditorlar Palatasına müraciət etməlidirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Auditorlar_Palatasi_muhasibat_uchotu_uzre_kurslar_teskil_edir-826130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR