Türkiyə lazer silahının sınağını keçirib

Türkiyə lazer silahının sınağını keçirib
17:28 20 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Türkiyədə elmi-texniki təhqiqat şurasının (TUBİTAK) və Ankaranın Bilkent Universitetinin iştirakı ilə lazer silahı sahəsi üzrə tədqiqatlar 2013-cü ilin may ayından başlanılıb. Altı il üçün nəzərdə tutulan layihənin büdcəsi təxminən 120 milyon lirə (50 milyon dollara yaxın) təşkil edir.
AzərTAc Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyədə hazırlanan yüksək enerjili lazer silahı modelinin sınaqları uğurla keçirilib.
TUBİTAK-da aparılan sınaqlar zamanı lazer hərəkət edən platforma üzərində yerləşdirilmiş hədəfi dəqiqliklə nişan alıb. Agentlik lazer silahının iki modelinin hazırlanacağını qeyd edir.
Hazırda bir sıra inkişaf etmiş ölkələrdə lazer silahının yaradılması sahəsində tədqiqatlar aparılır. Keçən ilin dekabr ayında ABŞ hərbi dəniz qüvvələri kiçik qayıqları və pilotsuz təyyarələri məhv etməyə qadir yeni lazer silahının hazırlandığı barədə xəbər vermişdi. Silahın əsas məqsədinin Fars körfəzindəki döyüş gəmilərini asimmetrik təhlükədən qorumaq məqsədi daşıdığı bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_lazer_silahinin_sinagini_kechirib-826132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR