Ruslar azərbaycanlı tərcüməçini kabinetdə tutdular

Ruslar azərbaycanlı tərcüməçini kabinetdə tutdular
17:31 20 Yanvar 2015
99 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyanın Tobolsk şəhərində məşhür korrupsiya qalmaqalı ilə bağlı keçirilən məhkəmə prosesində azərbaycanlı tərcüməçi həbs edilib.

ANS PRESS-in məlumatına görə, 2014-cü ilin mart ayında Tümen vilayətinin narkotika ilə mübarizə idarəsi 48 yaşlı Azərbaycan vətəndaşına qarşı cinayət işi açıb. Orta yaşlı kişi qanunsuz narkotika ticarətinə görə günahlandırılıb. Amma müttəhim rus dilini bilmədiyinə görə, Həşimov soyadlı digər azərbaycanlını ona tərcüməçi təyin ediblər. İstintaq müddətində tərcüməçi istintaq xidmətinin rəisinə 500 min rubl (həmin vaxtın məzənnəsi ilə təxminən 15 min dollar) rüşvət təklif edib və müttəhimin şərti azadlığa buraxılmasına çalışıb.

Qurumun rəhbəri dərhal müvafiq instansiyalara xəbər verib, tərcüməçi xidməti kabinetdə rüşvət verərkən tutulub. Haşımovun işi Tobolsk şəhər məhkəməsinə göndərilib.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR