Lənkəranda 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi

17:38 20 Yanvar 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 20 yanvar, AzərTAc 
Yanvarın 20-də Lənkəran şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə qanlı faciənin 25-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə veteranları, gənclərin və ictimaiyyətin nümayəndələri abidə kompleksinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların məzarları önünə əklillər və gül dəstələri düzərək onların xatirəsini böyük ehtiramla yad ediblər.
Anım mərasimi Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib.
Mərasim iştirakçıları mərkəzin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub, rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminə tamaşa ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR