20 Yanvar Azərbaycan xalqının hüzn və qürur günüdür

20 Yanvar Azərbaycan xalqının hüzn və qürur günüdür
17:38 20 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Həsrət Mahmudova, AzərTAc
20 Yanvar Azərbaycan xalqının hüzn və qürur günüdür.
Ümumxalq Hüzn Günündə Bakıda şəhidlərimizin məzarlarını ziyarət etməyə gələnlərdən biri də paytaxt sakini Əşrəf Zeynalovdur. “Vətən və xalq şəhidləri ilə ucalır”, - deyən Ə.Zeynalov, sovet rəhbərliyinin xalqımızın azadlıq eşqini boğmaq üçün azərbaycanlılara qarşı misli görünməmiş qırğına əl atdığını vurğulayıb. Bildirib ki, o vaxtkı naşı və riyakar rəhbərlik birlik nümayiş etdirmək əvəzinə, xalqından üz çevirdi: “Lakin həmin vaxt Moskvada yaşayan, xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükəyə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Ulu Öndər Azərbaycandan uzaqda olsa da, xalqımızın faciəsinə biganə qalmamaqla, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdi. Yanvar faciəsinə əsl hüquqi, siyasi qiymət də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin və günahlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. Xalqımız Azərbaycanın müstəqilliyinin əbədiliyi uğrunda xilaskarlıq missiyasını yerinə yetirən ümummilli lider Heydər Əliyev ətrafında birləşdi. Azərbaycan xalqı bu xiyabanda uyuyan şəhidləri heç zaman unutmayacaq, onların xatirəsini daim əziz tutacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR