Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım təbdiri keçirilib (FOTO)

Ankarada 20 Yanvar faciəsi ilə bağlı anım təbdiri keçirilib (FOTO)
17:43 20 Yanvar 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində anım təbdiri təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, tələbə və müəllim kollektivi, ictimaiyyət, çox sayda elm və incəsənət xadimləri, diaspor, ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı, Ankarada təhsil alan tələbə və müdavimlərimiz iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ilk olaraq iştirakçılara qanlı yanvar hadisələri ilə bağlı müfəssəl sənədli film nümayiş etdirilib.

Sonra səfirliyin müşaviri Dursun Həsənov, təhsil müşaviri Nəcibə Nəsibova, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Ali Məktəbinin kursantı Hikmət Məmmədli, Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun doktorantura tələbəsi Elnur Əliyev və diaspor adından incəsənət xadimi professor Əflatun Nemətzadə çıxışlarında 1990-cı ilin yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir iştirakçıları qanlı yanvar hadisələri ilə bağlı təşkil olunmuş sərgiyə baxıblar.

Qeyd edək ki, Türkiyənin nüfuzlu "Yeniçağ", "Akşam" və "Habertürk" qəzetlərində səfir Faiq Bağırovun 20 Yanvar faciəsi ilə bağlı müfəssəl məqalələri və müsahibəsi dərc olunub. Məqalə və müsahibə tərkibində Sovet ittifaqının yıxılmağa doğru getdiyi bir dövrdə hadisələrin xronolojik cərəyanından, xalqımıza qarşı Qorbaçov iqtidarının tətbiq etdiyi ikili standartlardan, həmin iqtidarın ermənipərəst siyasətindən, eləcə də qanlı yanvar hadisələrini törədən səlahiyyətli şəxslərin cəzalandırılmasının zəruriliyindən geniş və əsaslı şəkildə bəhs olunur. Həmçinin, 1990-cı ilin 20 yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqımızın tarixində şərəf səhifəsi olduğu, ərazisini erməni təcavüzündən qorumaq və azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qaldığı və 20 Yanvar hadisələri ərəfəsində sovet rejimi rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməniləri dəstəkləyən xüsusi idarəetmənin tətbiq edildiyi qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR