Moldovada 20 Yanvar faciəsi ilə bağlı ictimai dinləmələr keçirilib

17:43 20 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Kişineuda Moldovanın qeyri-hökumət təşkilatları - İctimai Palata və Gənclərin Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dair ictimai dinləmələr keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatların rəhbərləri Dmitriy Xaritonov və Dmitriy Roybu keçmiş sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi cinayət haqqında məlumat veriblər.
Sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Moldovanın ombudsmanı Aurelia Qriqoriu və səfirliyin müşaviri İlham Ağayev dinləmələrdə çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının müstəqillik yolunda böyük önəm daşıdığını bildiriblər. Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisələri kəskin pisləməsi, bununla da xalqına ağır gündə dəstək çıxması xüsusi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moldovada_20_Yanvar_faciesi_ile_bagli_ictimai_dinlemeler_kechirilib-826137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR