Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsinə yeni idarə rəsiləri təyin edib

Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsinə yeni idarə rəsiləri təyin edib
17:03 25 Dekabr 2014
121 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 dekabr /Trend /

Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni təyinatlar olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən, Vüqar Əliyev BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl İdarədə yoxlamalar həyata keçirilib və bir neçə vəzifəli şəxs vəzifələrindən azad olunublar.

Yoxlamaların DİN-nin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparıldığı bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR