"Qarabağ" azərbaycanlı ulduzu istəyir

"Qarabağ" azərbaycanlı ulduzu istəyir
17:52 20 Yanvar 2015
162 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna yığmasının sabiq yarımmudafiəxisi Aleksandr Əliyevin Azərbaycandan təklif alması barədə хəbər vermişdik. "Anji"dən ayrılan Azərbaycan əsilli futbolçu klublarımızdan birinin maraq dairəsinə düşüb.


Artıq həmin klubun adı açıqlanıb. Fanat.az хəbər verir ki, Ukrayna mətbuatı Əliyevlə "Qarabağ"ın maraqlandığını iddia edib. Ağdam klubu ilə yanaşı, "Kasımpaşa" da Aleksandrı heyətinə qatmaq istəyir.


Qeyd edək ki, Aleksandr Əliyevin meneceri Kamil Məmmədovdu. Azərbaycan əsilli futbolçu uzun illər Kiyev "Dinamo"sunun formasını geyinib, həmçinin Ukraynanın "Borisfen", "Metallurq", "Dnepr", Rusiyanın "Lokomotiv" (Moskva) və "Anji" klublarında çıхış edib. 29 yaşlı hücumçu Ukrayna yığmasında 28 oyun keçirib və 6 qol vurub.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-azrbaycanl-ulduzu-istyir-t17638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR