Fransada terror aktı təşkil etməkdə şübhəli bilinən beş çeçen saxlanılıb

17:57 20 Yanvar 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 17:54 ]


Bakı - APA. Fransa hüquq-mühafizə orqanlarının Bezye və Monpelye şəhərlərində həyata keçirdiyi əməliyyat nəticəsində terror aktı təşkil etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.

 

APA-nın Fransanın “Le Monde” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli prokuror İvon Kalve məlumat verib.

 

Prokurorun sözlərinə görə, saxlanılanların hər biri çeçendir.

 

Reyd zamanı polis xeyli sayda partlayıcı maddə də aşkarlayıb.

 

Araşdırmalar davam edir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR