Azərbaycanın Küveytdəki səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatı yerli mətbuatda dərc edilib

Azərbaycanın Küveytdəki səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatı yerli mətbuatda dərc edilib
18:03 20 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Küveytin “Əl-Nahar” və “Əl-Vasat” qəzetlərində Azərbaycanın bu ölkədəki səfirliyinin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatı dərc edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, bəyanatda keçmiş sovet ordusunun Bakıda törətdiyi vəhşiliklərlə bağlı məlumatlar yer alıb. Başda Mixail Qorbaçov olmaqla bu qanlı faciədə əli olanların beynəlxalq hüququn norma və prinsiplərinə zidd, insanlıq əleyhinə cinayətləri barədə həqiqətlər öz əksini tapıb.
Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, həmçinin 20 Yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin dünyada ifşa edilməsi ilə bağlı məsələlər də bəyanatda diqqətə çatdırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Kuveytdeki_sefirliyinin_20_Yanvar_faciesi_ile_bagli_beyanati_yerli_metbuatda_derc_edilib-826141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR