Erməni Türkiyəyə sərhədini qanunsuz keçmək istədi

Erməni Türkiyəyə sərhədini qanunsuz keçmək istədi
17:08 25 Dekabr 2014
118 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Ermənistan sakini qohumları ilə mübahisədən sonra Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edib. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verir.

Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsindən bildirilib ki, dekabrın 22-də Axurik yaşayış məntəqəsinin ərazisində Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən sərhəd pozucusu İdarənin əməkdaşları tərəfindən saxlanılıb.

Axşam saatlarında sərhəd zastavasına həyəcan siqnalı daxil olub.

Hadisə yerinə gələn sərhədçilər sərhəd pozucusunun izini aşkar ediblər. Naməlum şəxs sərhədçiləri çaşdırmağa cəhd edərək nəzarət zolağında yalançı iz qoyub.

Lakin sərhəd pozucusu Ermənistan dövlət sərhədinin 150 metrliyində saxlanılıb.

Saxlanılarkən onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

O, sərhədi pozmasının səbəblərini izah edərkən, qohumlarına qonaq getdiyini deyib və bildirib ki, onlarla məişət zəminində baş verən mübahisədən sonra nümayişkaranə şəkildə Türkiyəyə getməyi qərara alıb.

Sorğu zamanı özünü meydan oxuyurmuş kimi aparan bu şəxs qeyri-adekvat vəziyyətdə olub, bununla belə, onda sərxoşluq əlamətləri görünməyib. Bir müddətdən sonra qohumları saxlanılan şəxsin sənədlərini gətiriblər və nəticədə onun şəxsiyyəti təsdiqlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR