Ölkədə 20 Yanvar qurbanlarının xatirəsi yad edilir

Ölkədə 20 Yanvar qurbanlarının xatirəsi yad edilir
18:05 20 Yanvar 2015
345 Sosial
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi Qərb bölgəsinin digər şəhər və rayonlarında da anılıb. Faciənin 25-ci ildönümü münasibəti ilə müxtəlif məzmunlu tədbirlər təşkil olunub.

Göygöl rayonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib. Sakinlər rayondakı şəhidlər xiyabanına kütləvi şəkildə axın ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından və qanından keçən vətən oğullarının məzarları önünə tər qərənfillər düzülüb. Müstəqillik uğrunda mübarizə aparan azadlıq mücahidlərimiz şəhidlik zirvəsinə ucalaraq bütün dünyaya sübut etdilər ki, xalqımız öz vətənini canından artıq sevir.

Samux Heydər Əliyev mərkəzində isə anım mərasimi ilə əlaqədar sərgi təşkil olunub. Sərgidə 1990-cı ilin 20 yanvarında, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həyatını itirən həmvətənlərimizin qəhrəmanlığına həsr olunan rəsm əsərləri yer alıb. Daha sonra 20 Yanvar şəhidlərinə həsr olunan film nümayiş olunub. Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi faciə ilə bağlı ədəbi-bədii kompozisiya ilə çıxış edib. Rəsmi hissədə xalqımızın tarix boyu azadlıq və müstəqillik arzusundan, bu yolda apardıqları mübarizədən, faciənin dəhşətlərindən danışılıb. Bu hadisəyə siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri xatırlanıb. Sonra tədbir iştirakçıları rayonun şəhidlər abidə kompleksi önünə gələrək şəhidlərin həmişə yaşar xatirəsini ehtiramla yad edib, əbədi məşəl önünə gül dəstələri düzüb.

Goranboy rayonunda Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anım mərasimi keçirilib. Ziyalılar, gənclər, şəhid ailələrinin üzvləri abidə kompleksi önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhuna dualar oxunub. Mərasimdə çıxış edənlər xalqın azadlıq mübarizəsindən, 25 il əvvəl Bakıda törədilən qanlı hadisənin səbəblərindən, faciənin ağır nəticələrindən danışıblar. Bildirilib ki, 20 Yanvar xalqın faciəsi olmaqla yanaşı həm də hər bir azərbaycanlının qürur mənbəyidir. Mərasim zamanı 20 Yanvar günü törədilən vəhşiliyi əks etdirən fotoşəkillərin sərgisi də keçirilib.

Naftalanda da sakinlərin kütləviliyi ilə müşayiət olunan anım mərasimi keçirilib. Şəhidlərin məzarı önünə tər güllər düzülərək əbədiyaşar xatirələri bir daha anılıb. 1990 –cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının xüsusi hazırlıqlı qoşun hissələrinin əliyalın insanların üzərinə yeridilməsi nəticəsində baş verən qətliam xalqın yaddaşında silinməz iz qoyub.

Şəmkir rayonunda ictimaiyyət nümayəndələri əsaslı təmir edilən Şəhidlər xiyabanına gələrək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının məzarlarını ziyarət ediblər. Daha sonra restavrasiya olunan soyqırım abidəsi ilə tanışlıq olub. Anım mərasimində çıxış edənlər Qanlı Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Qeyd olunub ki, 20 Yanvar faciəsi XX əsrin ən dəhşətli qırğınlarından biri kimi tarixə düşüb. Tədbir iştirakçıları Şəmkirdəki 20 Yanvar abidə kompleksini ziyarət edib. Abidə üzərinə tər qərənfillər düzüblər. Mədəniyyət işçiləri və məktəblilər faciə ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

20 Yanvar şəhidləri Tovuzda da anılıb. Əvvəlcə vətən uğrunda canından keçənlərin ruhuna dualar oxunub. Daha sonra şəhidlər xiyabanında uyuyan şəhidlərin xatirəsi ehtiramla anılaraq məzarları önünə tər çiçəklər düzülüb. Faciədən 25 il keçməsinə baxmayaraq, Tovuzda yerləşən Şəhidlər xiyabanında böyük insan izdihamı yaşanıb. Hər kəs vətən uğrunda canından keçən oğul və qızları unutmadıqlarını bir daha sübut ediblər.

Ağstafada da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Şəhidlər xiyabanına gələn rayon sakinləri, ziyalılar bu qətliamın xalqımız tərəfindən heç zaman unudulmayacağını bildiriblər.

Qazax rayonunda da şəhidlik zirvəsinə ucalan vətən oğulları anılıb. Vətən uğrunda canını fəda edən oğulların məzarına tər çiçəklər düzülüb.

Gədəbəy rayonunda keçirilən anım mərasimi ilk olaraq dəyirmi masa ilə başlayıb. Bildirilib ki, 20 Yanvar Azərbaycanın tarixinə qara hərflərlə yazılıb. Əli yalın, silahsız həmvətənlərimiz bir gecədə vəhşicəsinə öldürülüb. Ardından ölkəmizin suverenliyi uğrunda şəhid olanların məzarları üstünə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyub. Xiyabana axışan yüzlərlə sakin şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Kanal S (Region TV) xəbər verir ki, 20 Yanvar faciəsi Zaqtala və Baləkəndə dərin hüzn və acı hissi ilə qeyd olunub. Respublikanın hər yerində olduğu kimi Zaqatalada şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilib. Səhər saatlarından şəhərin bütün təbəqələrindən olan insanları şəhidlər xiyabanında bu qəhrəmanları yad etməyə yığışıb. Qəhrəmanlarımızın qürur mənbəyi olmasını qeyd edən şəhər rəsmiləri şəhidlərin qanının yerdə qalmayacağını işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağını və onların da qisasının alınacağını bildirib.
 
Bu gün 20 yanvar şəhidlərinin anım günü Qaxda qeyd olunub. Səhər saatlarından minlərlə şəhər sakini torpaqlarımız, istiqilaliyyətimiz, müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhirdərimizi yad etmək üçün şəhidlər xiyabanına gəlib. 90-cı ildə baş verən hadisənin faciə günü ilə yanaşı həm də qürur günü olduğunu bildirib. Çünki bu gündə şəhid olan insanlar vətənin müstəqilliyi yolunda canlarını veriblər.
 
 
Qəbələ rayonunda da ictimaiyyət nümayəndələri və minlərlə Qəbələ sakini səhidlərin ruhuna ehtiramlarını bildiriblər. Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinin xatirəsinə əklil qoyub. Məhz xalqın ağır günlərində ümummilli lider Heydər Əliyev qanlı faciəni törədənlərə qarşı kəskin etirazını bildirdiyi, 20 yanvar faciəsinə isə məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi qiymət verildiyi xatırlanıb. Təşkil olunan sərgi və ədəbi-bədii kompozisiyada şəhidlərin xatirəsini rəsmlərin və serlərin dili ilə göstərməyə çalışanlar hadisələri bütün dəhşətləri ilə anladıqlarını nümayiş etdiriblər. Ardınca şəhidlərin xatirəsininə həsr olunan filmə baxış olub...
 
 
İsmayıllıda Vətənimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsinə həsr olunan yürüş keçirilib. Onminlərlə rayon sakini səhidlərin ruhuna ehtiramlarını bildiriblər. Qanlı qırğını törətməklə xalqın haqq səsini boğmağa, Azərbaycanın sərvətlərinin talan olunmasını davam etdirməyə çalışıldığı xatırlanıb. Həmçinin Bu hadisənin Azərbaycanın çağdaş tarixinin ən mühüm faktlarından biri, istiqlal savaşına qalxmış xalqımızın mübarizəsinin zirvəsi olduğu yada salınıb. 20 yanvar hadisələrinin 25 ci il dönümünə həsr olunmuş ədəbi-bədii kompazisiya təşkil edilib. Tədbir İsmayıllı Dövlət Humanitar kollecinin tələbələri və İsmayıllı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə baş tutub. Sovet ordusunun törətdiyi qırğınlar haqqında ictimaiət nümayəndələrinə bir daha məlumat verilib. Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Bagça uşaqlarının kollec tələbələrinin və mədəniyyət işçilərinin ifasinda ədəbi bədi kompozisiyaya baxılıb.
 
 
Şamaxılılar da Azərbaycanın müstəqilliyi uğrunda canından keçənləri anmağ üçün Şəhidlər xiyabanına axın ediblər. 93 şəhidin xatirəsinə ucaldılmış abidə konpleksində izdiham yaşanıb. Hadisənin canlı şahidləri baş vermiş o dəhşətli qətliyamdan danışıb. Bildirilib ki O qanlı gecədə Şamaxıda iki igid vətən oğlanlarını Ağanəzər İsrayılov və Vidadi Məmmədovu itirib. Şəhid ailələri yad edilib.
 
Qobustanda da 20 yanvar ümümxalq hüzün günü qeyd olunub. Hər kəz vətən uğrunda canından keçən şəhdilərmizi uyduğu şəhdilər xiyabanını gəlib. Şəhidlər xiyabanında izdiham yaşanıb.
Azərbaycan millətinə qarşı törədilmiş vəhşilik Sovet ordusunun günahsız insanlara qarşı törədiyi ən böyük qətliyam olduğu vurğulanıb. Tədbri Gənclər evində qan yaddaşımız - 20 Yanvar faciyəsi konpazisyası nümayiş olnub.
 
20 yanvar hadisələrini öz rəsim əsərlərində canladıran rəssamların sərgsi də nümayış olunub.

Şəkidə 20 yanvar faciəsinin 25-ci ildönümü qeyd olunub. Şəhər əhalisi şəhidlər xiyabanına axın edərək burada ümumxalq mitinqi keçirib.
 
Mitinqdə şəhər rəhbərliyi, idarə və müəssisə əməkdaşları, hüquq-mühafizə orqanları, vətəndaşlar iştirak ediblər. Ümumşəhər mitinqi dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub. Çıxış edənlər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün rayonda görülən işlərdən, onların ailələrinə göstərilən qayğıdan bəhs ediblər. Məlumat verilib ki, Şəkidən 300-ə yaxın insan Azərbaycanın müstəqilliyi və ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Daha sonra mitinq iştirakçıları həlak olanların məzarları önünə gül dəstələri düzüb.
 
Şəhər əhalisinin Şəhidlər xiyabanına axını bütün gün boyu davam edib. “Kanal S” də abidəni ziyarət edən kollektivlər arasında olub.
 
Televiziyanın əməkdaşları həlak olanların məzarı üstünə gül dəstələri qoyub, xatirələrinə ehtiramlarını bildirib. Bütün ölkə ərazisində olduğu kimi saat 12-də 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq, Şəkinin küçə və prospektlərində avtomobillərin hərəkəti bir dəqiqəliyə dayandırılıb. Bu aksiya "Kanal S"-in efirində canlı olaraq nümayiş etdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR