Lənkəran Dövlət Dram Teatrında “Tarixləşən yaddaşımız” adlı tamaşanın təqdimatı olub

Lənkəran Dövlət Dram Teatrında “Tarixləşən yaddaşımız” adlı tamaşanın təqdimatı olub
18:08 20 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 20 yanvar, AzərTAc
Yanvarın 20-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1990-cı ilin 20 Yanvar faciəsinə həsr olunmuş “Tarixləşən yaddaşımız” adlı yeni tamaşanın təqdimatı olub.
AzərTAc xəbər verir ki, 25 il əvvəl Bakıda, Lənkəranda, Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlər səhnədə təsirli və inandırıcı boyalarla təsvir olunub.
İlk dəfə milli ordunun əsgər və zabitlərinin böyük maraqla seyr etdikləri tamaşanın quruluşçu-rejissoru, əməkdar artist Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev və başqaları ifa ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeran_Dovlet_Dram_Teatrinda_Tarixlesen_yaddasimiz_adli_tamasanin_teqdimati_olub-826145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR