Viktor Yuşşenko Azərbaycan prezidentini təbrik edib

17:12 25 Dekabr 2014
61 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 17:11 ]

Bakı – APA. Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, V. Yuşşenkonun məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə sülh və əmin-amanlıq, uzun ömür, ailənizə və ölkənizə uğurlar və tərəqqi arzu edirəm. Cənab Prezident, bugünkü geosiyasi vəziyyətin bütün mürəkkəbliyinə baxmayaraq, çoxillik dostluğunuza və mənim ölkəmi qətiyyətlə dəstəklədiyinizə görə Sizə minnətdaram. Təkcə Ukrayna deyil, bu gün çətin və mürəkkəb tale yaşayan bir çox başqa ölkələr də həmişə Sizin şəxsinizdə strateji tərəfdaş və müttəfiq tapıblar. Bu nadir siyasi müdrikliyə, uzaqgörənliyə görə Sizə təşəkkürümü bildirir və arzu edirəm ki, dünyanın digər liderləri də bu strateji mövqeləri bölüşsünlər.


Bildiyiniz kimi, Ukraynada vəziyyət olduqca dramatikdir və təəssüf ki, Ukraynada yaşanan münaqişənin lokal yox, geosiyasi münaqişə olduğunu dünya liderlərinin heç də hamısı başa düşmür. Mən Dağlıq Qarabağda vəziyyəti dərin narahatlıq hissi ilə izləyirəm, çünki biz Sizinlə yaxşı bilirik ki, Azərbaycanda və Ukraynada baş verən hadisələrin ümumi səbəb və nəticələri var. Ukrayna böhranının nizamlanması üçün Sizin səylərinizi nə qədər yüksək qiymətləndirdiyimizi bir daha vurğulamaq istəyirəm. Hörmətli cənab Prezident, təəssüf ki, səhhətim bu ilin sonunda Sizin gözəl ölkənizə gəlməyimə imkan vermədi, lakin ümid edirəm ki, gələn ilin əvvəlində biz, nəhayət, görüşəcəyik.


Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm və səmimi şəxsi dostluğa görə təşəkkür edirəm. Bizim bütün ailəmiz adından da təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu çətin dövrdə ölkələrimizə müdriklik və güc arzu edirəm. İnanıram ki, birgə səylərimiz sayəsində ölkələrimizin və xalqlarımızın daha yaxşı taleyinə nail olacağıq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR