Yaltada azərbaycanlının adını daşıyan bağda yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb

Yaltada azərbaycanlının adını daşıyan bağda yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb
18:13 20 Yanvar 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Yaltada Cəlil Nəcəbov adına bağda Azərbaycan diasporunun nümayəndələri Qara Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov AzərTAc-a bildirib ki, bağda xatirə lövhəsinin qarşısına güllər düzülüb, dualar oxunub.
Qeyd olunub ki, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrə görə yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günüdür. Həmin vaxt Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair ermənilərin əsassız iddiaları dalğasında Azərbaycanda başlanan milli-azadlıq hərəkatını boğmaq üçün Bakıya sovet qoşunları yeridilib.
Hərbi müdaxilə və sonrakı qırğın nəticəsində 147 adam həlak olub, yüzlərlə adam yaralanıb və həbs olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaltada_azerbaycanlinin_adini_dasiyan_bagda_yanvar_faciesi_sehidlerinin_xatiresi_anilib-826149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR