20 Yanvar Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir

18:13 20 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu, mənliyini itirmədi, onun iradəsi qırılmadı.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gəlmiş paytaxt sakini Bayraməli Adıgözəlov AzərTAc-a müsahibəsində deyib.
Bildirib ki, xalqımızın qan yaddaşına ağır faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir. Hər il Qanlı Yanvar faciəsinin ildönümü ölkə rəhbərliyi və xalq tərəfindən böyük izdihamla qeyd olunur, şəhidlərin xatirəsi anılır.
Müdhiş yanvar gecəsinin şahidlərindən biri olduğunu söyləyən paytaxt sakini bildirib ki, həmin gün xalqımızın qəhrəman oğul və qızları yalın əllə imperiya ordusunun qarşısına çıxmış və şəhid olublar. Biz də hər il xalqımızın milli azadlıq mübarizəsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən övladlarını yad edirik və bildiririk ki, qanlı 20 Yanvarı heç vaxt unutmayacağıq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Azerbaycan_tarixinde_qehremanliq_sehifesidir-826148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR