20 Yanvar faciəsinin şahidi: "Harda işıq görürdülər atırdılar ora"

20 Yanvar faciəsinin şahidi: "Harda işıq görürdülər atırdılar ora"
18:17 20 Yanvar 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

Valeh Məmmədov Tovuzda məktəb direktoru işləyir. 1990-cı ildə baş verən qanlı yanvar hadisələri onun yaddaşında silinməz izlər qoyub. TTV (Region TV) xəbər verir ki, həmin hadisələrin canlı şahidi olan müsahibimiz o vaxt Bakıya indi rəhbərlik etdiyi məktəb binasının lahiyəsini təsdiqlətmək üçün gedib:

"19-u günü Bakıya düşəndə Bakıda artıq hərəkətsizlik var idi. Mən idarəyə gedib çatanda bildirdilər ki, belə vaxtı sənəd gətirən vaxt deyil. Ölkədə vəziyyət qarışıqdı və sənin sənədini qəbul etməyə adam yoxdu burda".

Müsahibimiz idarədən çıxandan sonra ictimayi nəqliyyat işləmədiyi üçün piyada qohumugilə gəlir. Bakıda nələr baş verdiyini məhz bundan sonra öyrənir:
 
 "Yoldaşımın qardaşı jurnalist idi. O, bir jurnalist yoldaşı ilə bugünkü vəziyyət haqqında söhbət elədilər. Onlar dedilər ki, bir neçə yerdən şəhərə girişə nəzarət edirlər. Dedilər ki, bu gün rus əsgərlərinin qarşısını ala bilsək, müstəqilliyimizi qazanacağıq".

Həmin günü axşam, yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin xüsusi təyinatlı "Alfa" qrupu ağır hərbi texnika ilə şəhərə girir. İlk atəş səsini eşidənlərdən biri də müsahibimiz olur.
Valeh Məmmədov: "Harda işıq görürdülər atırdılar ora. Əvvəl hamı elə bildi ki, yalançı güllələrdir. Yəni heç kim inanmadı ki, əhalini qırarlar. Amma atırdılar, tankların səsi də insanları vahiməyə salmışdı".

Azadlıq uğrunda aparılan mübarizənin təsadüfi iştirakçısı olan müsahibimiz indi şagirdlərinə bu şanlı tarix haqqında və qazanılan müstəqilliyin qorunub saxlanılmasının vacibliyindən danışır. Deyir ki, Qanlı Yanvar-dan əvvəl biz azad deyildik, amma indi müstəqil ölkəyik. Bunun üçün ölməyə dəyər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR