Bakı-Quba yolunda maşın aşdı, 4 yaralı - FOTO

Bakı-Quba yolunda maşın aşdı, 4 yaralı - FOTO
18:22 20 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə magistralın 93-cü km-də qeydə alınıb.
 
Quba rayonu, Ağbil kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Azad Gülağa oğlunun idarə etdiyi 99-AE-240 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomaşın yoldan çıxaraq aşıb.
 
Qəza nəticəsində sürücü ilə birgə 4 nəfər xəsarət alıb. Onlar 1955-ci il təvəllüdlü Xaçmaz rayonu, Həsənqala kənd sakini Rəsulova Məhəbbət Əmrulla qızı, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Musayeva Mehbarə Şükür qızı və Qubanın Söhübqışlaq kənd sakini, 1957-ci il təvəllüdlü Ərzumanov Fərhad İbrahim oğludur.
 
Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətiriliblər.
 
Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR