20 Yanvar şəhidləri qanları ilə tariximizin şərəfli səhifəsini yazıblar

20 Yanvar şəhidləri qanları ilə tariximizin şərəfli səhifəsini yazıblar
18:28 20 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Bu sözləri AzərTAc-a müsahibəsində 20 Yanvar qurbanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gələn Bakı Dövlət Universitetinin dosenti Pünhan Əfəndiyev söyləyib.
P.Əfəndiyev bildirib ki, 1990–cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələr xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktıdır. Eyni zamanda, 20 Yanvar hadisələri xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifədir. Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən insanlar ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidleri_qanlari_ile_tariximizin_serefli_sehifesini_yaziblar-826158

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR