Gəncədə Vahid Mustafayevin "Qanlı Yanvar" filminin təqdimatı olub

Gəncədə Vahid Mustafayevin "Qanlı Yanvar" filminin təqdimatı olub
18:32 20 Yanvar 2015
96 Sosial
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, "Bakıfilm" kinostudiyasının istehsalı olan filmdə 20 Yanvar hadisələri bir azərbaycanlı ailəsinin - Nərimanovların gözü ilə göstərilir.

İki qardaş: KQB katibi, kommunist Nəcəf və sovet ordusunun keçmiz zabiti, indi demokrat - Mehdi əks düşüncələrinə görə ölüm-qalım mübarizəsinə qalxıb. Dramın mərkəzində onları boya-başa çatdıran ana - Xədicə xanım, bir sipər kimi dayanıb.

Qanlı Yanvar hadisələrinin canlı şahidi olan rejissor Vahid Mustafayev real hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara cavab tapmağa çalışıb. Filmdə baş rolları Faiq Mirzəyev, Nəbahət Çehrə Azər Aydəmir paylaşıblar.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR