20 Yanvar hadisəsi xalqımızın birliyini nümayiş etdirdi

18:33 20 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş 20 Yanvar hadisələri zamanı canlarını fəda etmiş şəhidlərimizin məzarını ziyarət edənlərdən biri də Bakı sakini, keçmiş hərbçi Bəxtiyar Zeynalov idi.
Bu faciənin canlı şahidlərindən biri olan B.Zeynalov AzərTAc-a müsahibəsində deyib ki, 20 Yanvar hadisəsi ilk növbədə xalqımızın birliyini nümayiş etdirdi.
Müsahibim vurğulayıb ki, vaxtilə Sovet qoşunlarının tərkibində Əfqanıstanda döyüşüb, hətta yaralanıb da. O illərdən danışan B.Zeynalov bildirib ki, sovet hərbi birləşmələrinin öz xalqına qarşı soyqırımı törədəcəyinə heç kim inanmırdı.
Məhz həmin o müdhiş gecə Sovet rəhbərliyinin, xüsusilə də ermənipərəst M.Qorbaçovun göstərişi ilə Bakıya yeridilən ordu birləşmələri günahsız insanları qanına qəltan etdi. Bu hadisələri xatırlamaq çox ağırdır. Arzu edirəm ki, gənclərimiz xalqımızın başına gətirilən bu faciələri heç zaman unutmasın və dostla düşmənini ayırd edə bilsin.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_hadisesi_xalqimizin_birliyini_numayis_etdirdi-826160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR