Rəsmi Tokio girovlara görə İŞİD-ə 200 milyon dollar ödəyə bilər

Rəsmi Tokio girovlara görə İŞİD-ə 200 milyon dollar ödəyə bilər
18:48 20 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+



Tokio, 20 yanvar, AzərTAc.
Rəsmi Tokio İŞİD tərəfindən girov götürülmüş iki Yaponiya vətəndaşının azad olunması üçün tələb olunan məbləğin ödənilməsinin mümkünlüyünü inkar etmir. İŞİD təmsilçiləri girovların azad edilməsi üçün 200 milyon dollar tələb ediblər. Həmin məbləğ 72 saat ərzində ödənilməyəcəyi təqdirdə girovların edam olunacağı bildirilir. Bu, İŞİD yaraqlılarının Yaponiya vətəndaşlarını edamla hədələməsi ilə bağlı ilk hadisədir.
Girov götürülənlər “PMC Japan” fərdi hərbi şirkətinin prezidenti Haruna Yukava və müstəqil jurnalist Kenzi Qotodur.
Hadisəni şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib: “İki Yaponiya vətəndaşını öldürmək barədə İŞİD yaraqlılarının hədəsi qəbulolunmazdır. Biz bu insanların həyatını qorumaq üçün lazım olan bütün addımları atacağıq. Tələb olunan məbləğin ödənilməsinin mümkünlüyünü inkar etmirik və hazırda bu variant nəzərdən keçirilir. Məsələ ilə əlaqədar hazırda Fələstin Muxtariyyətində olan Baş nazir Şinzo Abe ilə əlaqə saxlamışam. Baş nazir bildirib ki, Yaponiya insan həyatının prioritet olması mövqeyindən çıxış edəcək”.
Yaponiya vətəndaşlarının girov götürülməsi ilə əlaqədar Şinzo Abe Fələstinə səfər proqramını dəyişmək niyyətindədir.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Resmi_Tokio_girovlara_gore_ISID_e_200_milyon_dollar_odeye_biler-826168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR