20 yanvar hadisələri insanlığa qarşı cinayət idi

20 yanvar hadisələri insanlığa qarşı cinayət idi
18:53 20 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Bakıda qanlı 20 Yanvar hadisələri erməni millətçiləri, onların xaricdəki havadarlarının dəstəyi ilə baş verdi. Bu tarixdə görünməyən bir faciə idi.
Bu sözləri AzərTAc-a müsahibəsində şəhidlərimizi ziyarətə gəlmiş təqaüdçü Rasim Babayev deyib.
“Mənim artıq 70 yaşım var, lakin indiyədək belə müdhiş hadisə barədə eşitməmişəm. Bu ötən əsrdə insanlığa qarşı törədilən zorakılığın, qeyri-insani rəftarın ən dəhşətlilərindən biri idi və bəşər tarixində qara səhifə olaraq qalacaq”.
O müdhiş gecə xəbərdarlıq edilmədən Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmişdi. Onların dinc əhaliyə qarşı etdikləri vəhşilik, qəddarlıq nəticəsində qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Bu hər bir insan, hər bir Azərbaycan ailəsi üçün ağrılıdır.
Müsahibim sonda Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əmin olduğunu söylədi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_yanvar_hadiseleri_insanliga_qarsi_cinayet_idi-826170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR