Fransada çeçenlər tutuldu

Fransada çeçenlər tutuldu
18:56 20 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər Rusiya vətəndaşı saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Fransanın BFMTV kanalı prokuror İvona Kalveyə istinadən xəbər yayıb.

Yerli Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, saxlanılanlar 24 - 37 yaşlarında Rusiya vətəndaşlarıdır. Onlar çeçen olduğu bildirilir.

Qeyd edək ki, Fransada fövqəladə vəziyət yanvarın 9 dan "Charlie Hebdo" satirik jurnalına edilən hücumdan sonra elan edilib. Üç gün ərzində üçü polis olmaqla 17 nəfər həyatını itirib. Fransa təhlükəsizlik qüvvələrinin xüsusi əməliyatları nəticəsində üç terrorçu öldürülüb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR