Murmanskda 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd olunub

19:08 20 Yanvar 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, azərTAc
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) regional bölməsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayəti üzrə yerli nümayəndəliyi 1990-cı ilin yanvar hadisələrinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
Bu barədə AzərTAc-a həmin təşkilatların mətbuat katibi Əlihüseyn Şükürov məlumat verib.
Mərasimdə çıxış edən Murmansk İctimai Palatasının üzvü, ÜAK-ın yerli bölməsinin sədri Afil Hüseynov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başda Mixail Qorbaçov olmaqla sovet rəhbərliyi Bakıda dəhşətli cinayət aksiyası törədib.
Bu cinayət nəticəsində 147 nəfər öldürülüb, 700-dən çox adam yaralanıb, yüzlərlə insan itkin düşüb.
1990-cı il yanvarın 22-də şəhərin dağüstü parkında müxtəlif millətlərdən – azərbaycanlılardan, ruslardan, yəhudilərdən, tatarlardan, ləzgilərdən, gürcülərdən və digər millətlərdən olan qadınların, qocaların, gənclərin, uşaqların dəfn edildikləri Şəhidlər xiyabanı - qardaşlıq qəbiristanlığı salınıb.
Qeyd olunub ki, Bakı faciəsinin kökləri Ermənistan tərəfindən Azərbaycana qarşı iki ildən çox davam edən təcavüzə gedib çıxır. 1988-1990-cı illərin hadisələrinin təhlili əyani surətdə göstərir ki, Ermənistan mərkəzi hakimiyyətin tam dəstəyi ilə qonşu respublikanın ərazisini özünə zorla birləşdirmək istəyirdi.
1990-cı ilin Qara Yanvarı özündə çox sirləri saxlayır. Biz Bakı faciəsi haqqında bütün həqiqəti bilməliyik ki, belə hadisə bir də baş verməsin. Bunu Şəhidlər xiyabanında uyuyan günahsız insanların xatirəsi də tələb edir...
Tədbirdə həmvətənlərimiz, regional kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Murmanskda_20_Yanvar_faciesinin_25_ci_ildonumu_qeyd_olunub-826181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR