Bu 2 ölkə ABŞ-ı qorxutdu

Bu 2 ölkə ABŞ-ı qorxutdu
19:16 20 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın və İranın müdafiə nazirləri Sergey Şoyqu və Hoseyn Dehkan iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sənədi imzaladıqdan sonra mətbuat konfransı keçiriblər.

ANS PRESS-in məlumatına görə, S.Şoyqu iki ölkə arasında hərbi əməkdaşlığı yüksək qiymətləndirib. O, deyib ki, rəsmi Tehranla Əfqanıstan üzrə saf əməkdaşlıq yüksək əhval-ruhiyyə yaradır. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətlər yaxşı səviyyədədir. Biz Əfqanıstan ərazisindən narkotika ticarətinin qarşısının alınması üçün İran tərəfindən atılan ciddi addımları dəstəkləyirik.

H.Dehkan isə vurğulayıb ki, İran Yaxın Şərqdə böyük təsir gücünə sahibdir. Rusiya və İran Yaxın Şərqdə kənar güclərə qarşı birlikdə mübarizə aparmalıdır. Regional məsələlərlə bağlı kənar qüvvələrin müdaxiləsinə yol verilməməlidir və buna qarşı birgə əməkdaşlığa ehtiyac duyulur.

İranın müdafiə naziri söyləyib: "Regionda və dünyada mövcud vəziyyət güclü Rusiyanın və güclü İranın beynəlxalq təhlükəsizliyin və regional sabitliyin möhkəmləndirilməsinə birgə kömək göstərməsini tələb edir."

Xatırladaq ki, hərbi əməkdaşlıq haqqında sənəd İranın nüvə proqramı üzrə "altılıq"la Tehran arasındakı danışıqlar getdiyi zaman imzalanıb. Lakin Moskva və Tehran arasında 2010-cu ildə imzalanmış müqavilə çərçivəsində S-300 zenit-raket kompleksinin İrana çatdırılması ilə bağlı yaranmış problem hələ həllini tapmayıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR