Türkiyənin fenomen serialı "Kurtlar Vadisi Pusu"nun yeni bölümünün anonsu yayımlanıb.
ANS PRESS-in məlumatına görə, yeni bölümde şok hadisələr baş verəcək.
Belə ki, yeni bölümdə Polat Alemdar ona qarşı qurulan tələyə düşməmək üçün plan hazırlayır, ancaq pis bir sürprizlə qarşılaşır.
Cahit və Safiyenin xilas olması üçün hər kəs səfərbər olub. Brandon isə planını gücləndirmək üçün yeni piyadalarını hazırlamaqla məşğuldur. O, Polat Alemdarı küncə sıxışdırmaq üçün hər imkanı qiymətləndirir. Nəysə ki Polat, onu bu zəhmətdən qurtaracaq. Çünki, görüşmək istədiyi başqa birisi var.
Fəhmi isə konseyini sağlam qurmaq üçün çox vasvası çalışır. Pusat və dostlarının süfrəsinin bərəkətini qaçırmaq üçün Baltazar və Pitbull kəşfiyyata başlayıb.
Polislər qəflətən Polat Alemdarı saxlayır və aparır. "Kurtlar Vadisi Pusu" son bölüm anonsunda polislər Polat Alemdarı hara aparırlar? "Kurtlar Vadisi Pusu" bu gün Bakı vaxtı ilə saat 22:00 ekranlara gələcək.