Yəməndə silahlılar prezident iqamətgahını ələ keçirib

19:24 20 Yanvar 2015
69 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin paytaxtı Sənada yerləşən prezident iqamətgahı “Ansar Alla” adlandırılan hərəkatın yaraqlıları tərəfindən ələ keçirilib.

APA-nın məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən xəbər verir.

 

Qeyd edək ki, yanvarın 18-də “Al-Husi” adlandırılan hərəkatın üzvləri hakimiyyətin yürütdüyü siyasətə etiraz əlaməti olaraq Prezident Administrasiyasının rəhbərini oğurlayıb.

 

Yanvarın 19-da yaraqlılarla prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş verən qarşıdurma nəticəsində 9 nəfər ölüb, 60 nəfərdən çoxu isə yaralanıb.

 

Silahlı qarşıdurmanın qarşısını almaq cəhdləri heç bir nəticə vermir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR