Mənim 25 yaşım var... (FOTO)

Mənim 25 yaşım var... (FOTO)
19:26 20 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhidlər Xiyabanına "Mənim 25 yaşım var" adlı yürüş oldu. ANS PRESS-in məlumatına görə, “ADDIM” Gənclər Təşkilatı nümayəndələrinin Şəhidləri ziyarət bu şüar altında baş tutdu.

Ziyarətdə təşkilatın sədri Hüseyn Cavadzadə başda olmaqla bütün işçi heyəti, üzvlər və könüllü gənclər iştirak etdi. Ziyarətə qoşulmaq istəyən heç kəs üçün məhdudiyyət qoyulmamışdı. Buna belə aydınlıq gətirildi ki, bu Azərbaycan xalqının faciə və fərəh tarixidir, bu kimi hadisələrin anım günlərində təşkilatlar, gənclər arasında parçalanma olmamalıdır, gənclər bir araya toplanmalı və birlik nümayiş etdirməlidirlər!

Ziyarət zamanı ADDIMçılar Şəhidlərin məzarlarına qərənfillər qoyub, 1 dəqiqəlik sükultla şəhidlərimizin xatirəsini yad ediblər. Sonda isə tədbirə qoşulan Abdulla Şaiq adına Dövlət Kukla Teatrının azyaşlı üzvləri 20 yanvarda həlak olan 131 şəhidin xatirəsinə simvolik olaraq 131 qara şarları havaya uçurublar.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 25 illiyinə həsr olunan “Mənim 25 yaşım var!” şüarı ilə həyata keçirilən layihənin əsas hissəsi 20 yanvar tarixində sosial media üzərində həyata keçirilir. Belə ki, təşkilat üzvləri əsasən dünya KİV-i və sosial mediada 20 Yanvar facisəinin tarixçəsi ilə bağlı müxtəlif dillərdə elektron broşurlar paylaşacaqlar. Təşkilat rəhbərliyi məhz bu tarixdə gənclərimizi səfərbər olub, müstəqilliyiiz yolunda xalqımızın keçdiyi ləyaqətli tarixi bütün dünya ictimaiyyətinə tanıtmağa çağırıb.

















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR