Lənkəran teatrında 20 Yanvar hadisələrindən bəhs edən yeni tamaşa oynanılıb - FOTO

Lənkəran teatrında 20 Yanvar hadisələrindən bəhs edən yeni tamaşa oynanılıb - FOTO
19:32 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 19:26 ]


Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1990-cı iliin 20 yanvar hadisələrindən bəhs edən “Tarixləşən yaddaşımız” adlı yeni tamaşaya baxış olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, 25 il öncə Bakıda, Lənkəranda, Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlər səhnədə təsirli və inandırıcı boyalarla təsvir olunub.

 

Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Aktyorlardan respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev və digərləri 1990-cı ilin həmin qanlı-qadalı günlərində öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlı obrazlarını yaratmağa nail ola biliblər.

 

Qeyd edək ki, özünün xeyriyyəçilik ənənəsinə sadiq qalan teatr bu dəfə də tamaşanı Milli Ordunun əsgər və zabitləri qarşısında oynayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR