Həbsdə olan jurnalistin cəzası azaldılıb

17:22 25 Dekabr 2014
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 17:17 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Azər İsrafilovun apelyasiya şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, Azər İsrafilovun cəzası 7 ildən 3 ilə endirib.  

 

Qeyd edək ki, A. İsrafilov  Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. İsrafilov məhkəmə zalından həbs edilib.

 

Azər İsrafilov müxtəlif vaxtlarda ANS, İTV kanallarında çalışıb.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR