"Qarabağ" azərbaycanlı ulduzu istəyir

"Qarabağ" azərbaycanlı ulduzu istəyir
19:36 20 Yanvar 2015
77 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna yığmasının sabiq yarımmudafiəçisi Aleksandr Əliyev Azərbaycandan təklif alıb.

ANS PRESS-in məlumatına görə, "Anji"dən ayrılan Azərbaycan əsilli futbolçu klublarımızdan birinin maraq dairəsinə düşüb.

Ukrayna mətbuatı Əliyevlə "Qarabağ"ın maraqlandığını yazıb. Ağdam klubu ilə yanaşı, "Kasımpaşa" da Aleksandrı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Aleksandr Əliyevin meneceri Kamil Məmmədovdu. Azərbaycan əsilli futbolçu uzun illər Kiyev "Dinamo"sunun formasını geyinib, həmçinin Ukraynanın "Borisfen", "Metallurq", "Dnepr", Rusiyanın "Lokomotiv" (Moskva) və "Anji" klublarında çıхış edib. 29 yaşlı hücumçu Ukrayna yığmasında 28 oyun keçirib və 6 qol vurub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR