İran ilə Rusiya arasında hərbi sahədə əməkdaşlıq haqqında memorandum imzalandı

İran ilə Rusiya arasında hərbi sahədə əməkdaşlıq haqqında memorandum imzalandı
19:53 20 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 20 yanvar, AzərTAc
Yanvarın 20-də İran İslam Respublikasına səfərə gələn Rusiyanın müdafiə naziri Serqey Şoyqu iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.
İkitərəfli görüşün nəticəsində İran ilə Rusiya arasında qarşılıqlı hərbi əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşdən sonra keçirilən mətbuat konfransında İranın müdafiə naziri bildirib ki, tərəflər müdafiə və hərbi texnologiyalar sahəsində əməkdaşlığa dair razılıq əldə ediblər. Eyni zamanda rəsmi Tehran və Moskva qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətində də birgə addımlar atmaq qərarına gəliblər.
General Serqey Şoyqu isə deyib ki, tərəflər arasında imzalaman memorandumda beynəlxalq terrorçuluğa, separatçılığa qarşı birgə mübarizə aparılması nəzərdə tutulub. Rusiya və İranın hərbi sahədə əməkdaşlığı regionda və dünyada sülhün təmin olunmasına yönəldilib.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iran_ile_Rusiya_arasinda_herbi_sahede_emekdasliq_haqqinda_memorandum_imzalandi-826200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR