20 Yanvar hadisələri xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır

20 Yanvar hadisələri xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır
19:58 20 Yanvar 2015
272 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakini Səbuhi Abbasov AzərTAc-a müsahibəsində deyib ki, 20 Yanvar hadisələri xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır. O bildirib ki, imperiya qüvvələrinin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törətdiyi qanlı terror hadisələri müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmaq məqsədi daşıyırdı. Lakin onların məkrli niyyətləri baş tutmadı. Həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar. 20 Yanvar faciəsindən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu qətliamı törədənlərə öz dərin nifrətini bildirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_hadiseleri_xalqin_yaddasinda_daim_qalmali_ve_gelecek_nesiller_uchun_merdlik_dersi_olmalidir-826202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR