İran generalı İsraili hədələdi

İran generalı İsraili hədələdi
20:01 20 Yanvar 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+

İran İnqilab Keşikçilərinin komandiri Muhəmməd Əli Cəfəri İsraili hədələyib.

ANS PRESS-in məlumatına görə, Əli Cəfəri İsrailin Suriyada həyata keçirdiyi əməliyyatda öldürülən 6 Hizbullah üzvü ilə birlikdə həyatını itirən İranlı general Məhəmməd Əli Allahhadi üçün verdiyi başsağlığında İnqilab Keşikçilərinin bölgədə qalacağı mesajını verib:

"İnqilab Keşikçiləri keçmişdə Livan və Fələstin müharibələrində olduğu kimi, fəsad mikrobu olan sionist rejim yıxılana və bölgədən tamamilə yox olana qədər o torpaqlarda mübarizə edən müsəlmanlara dəstəyini davam etdirəcək. Keçmişdə hirsimizə şahid olan sionistlər dağıdıcı ildırımı gözləsinlər".

Qeyd edək ki, İsrailin, Suriya-İsrail sərhədindəki Kuneytra şəhərində Hizbullaha məxsus avtomobilə endirdiyi hava hücumunda təşkilatın yüksək səviyyəli komandirlərindən Məhəmməd İsa və sabiq Hizbullah komandirlərindən İmad Muğniyənin oğlu Cihad Muğniyən daxil olmaqla 6 təşkilat üzvü öldürülmüşdü.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR