Bakıda daha bir yol bağlandı

Bakıda daha bir yol bağlandı
20:34 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir yol təmirə bağlanıb. APA-nın xəbərinə görə, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti bu gün axşam saatlarından dayandırılıb. Küçənin həmin hissəsində asfalt örtüyü və kommunikasiya xətləri yenilənir. Təmir işlərinin yanvarın 25-inədək davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Koroğlu Rəhimov küçəsinin qalan hissəsi indiyədək təmir olunub.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR