Putindən sərt xəbərdarlıq

Putindən sərt xəbərdarlıq
20:56 20 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Ukrayna ilə bağlı önəmli açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna böhranı ilə Qazaxıstanda keçiriliməsi planlaşdırılan sülh danışıqları ertələnə bilər.

Peskov Ukrayna hökumətini ölkənin şərqində döyüşləri yenidən intensivləşdirməkdə ittiham edib.

"Rəsmi Kiyevin bu addımı sülh danışıqlarını ertələyə bilər. Uktaunanın şərqində döyüşlərin yenidən başlaması rəsmi Kiyev üçün çox pis nəticələr verə bilər. Döyüşlərin başlaması sülh danışıqlarını baltalayır", deyə Peskov bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir. Hər iki tərəfdən itkilər var. Ukrayna tərəfi isə döyüşlərin yenidən başlanmasında Rusiyanı ittiham edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR