20 Yanvarda həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar

20 Yanvarda həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar
21:03 20 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Məhərrəm Əlioğlu, AzərTAc
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Bu sözləri AzərTAc-a müsahibəsində Ağsu rayon sakini Samir Güləliyev deyib.
25 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığını, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdiklərini xatırladan S.Güləliyev bildirib ki, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunmasına baxmayaraq, bu təcavüz Azərbaycan xalqının azadlıq hərəkatını və iradəsini qıra bilmədi. 20 Yanvar hadisələri xalqımızın qan yaddaşına həkk olunan azadlıq mübarizəsidir. Qeyd edilib xalqımızın azadlıq uğrunda mübarizəsinin sarsılmaz olduğunu burada uyuyan qəhrəmanlarımız bir daha sübut ediblər. Şəhidlərimizin ruhunu yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR