"Ermənistan Rusiyanın arxasınca it kimi sürünür"

"Ermənistan Rusiyanın arxasınca it kimi sürünür"
21:05 20 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

“Exo Moskvı: “Bu gün Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var - Rusiyanın Ermənistana yardımı”
Altı ermənini qətlə yetirən rus əsgəri ilə bağlı gərginlik səngisə də, insident ermənilərin qəlbində dərin iz buraxmış olacaq. Artıq əksər ermənilərin gözündə rusların 90-cı illərdəki obrazı itmək üzrədir. Rus hərbçinin ermənilərə təhvil verilməməsi isə onların özlərini təhqir olunmuş saymalarına səbəb olub.

Rusiya prezidenti Vladimir Putinin yalnız insidentdən bir həftədən çox vaxt keçdikdən sonra məsələyə münasibət bildirməsi də erməniləri rəncidə salıb. Putin Ermənistan prezidenti Serj Sarkisyanla baş tutan telefon danışığında rus hərbçinin cəzalandırılacağını bildirib. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin Gümrüdə baş verən faciənin istintaqının qısa müddətdə başa çatdırılacağı və günahkarların cəzalandırılacağına söz verib.

Qeyd edək ki, Gümrü və İrəvanda keçirilən etiraz aksiyalarında rus hərbçinin Ermənistana verilməsi tələb olunur. Rus nəşrlərində isə ermənilərin onların bayrağını ayaqları altına atması geniş müzakirə edilir. Rusiyanın “Exo Moskvı” radiostansiyasının şərhçisi, nüfuzlu jurnalist Yuliya Latınina müəllifi olduğu “Kod dostupa” verilişində Ermənistanın ünvanına ağır ifadələr işlədib, Azərbaycanın isə qüdrətli ölkəyə çevrildiyini qeyd edib.

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının əsgərinin Gümrüdə bir erməni ailəsini güllələməsi hadisəsi ətrafında baş verənləri şərh edən Yuliya Latınina canlı yayımda “Ermənistanın Rusiyanın arxasınca it quyruğu kimi süründüyünü” deyib. “Mənim Ermənistanda nə baş verdiyinə dair bir neçə sualım var. Xatırladıram ki, bizim, Rusiyanın satelliti olan Ermənistan adında ölkə var. Ermənistan bizdən heç cür yaxa qurtara bilməz: ölkə Azərbaycandan, o cümlədən Ukraynadan fərqli olaraq Gömrük İttifaqına üzv olub. Aydındır nəyə görə. Çünki balaca və yoxsul Ermənistanın yanında qüdrətli və varlı Azərbaycan var. Görürük ki, rollar son 20 ildə necə dəyişib, çünki hələ 20 il əvvəl Ermənistan qabaqcıl, daha inkişaf etmiş ölkə kimi görünürdü. Bütün bu 20 il ərzində Ermənistandan məhsuldar yaradıcı əhalinin böyük hissəsi qaçıb getdi. Azərbaycan isə əksinə, neftin və kifayət qədər ağıllı siyasətin sayəsində çox güclü inkişaf etdi və ayağa qalxdı. Və bu gün Ermənistan küncə sıxılıbsa, təbii ki, Azərbaycanı Dağlıq Qarabağı geri qaytarmaqdan saxlayan yeganə səbəb var - Rusiyanın Ermənistana yardımı.

Və budur, bütün dövrlərdə bizim sadiq nökərimiz olan bu ölkə arxamızca itin quyruğu kimi sürünür... 12 yanvarda çağırışçı əsgər Valeri Permyakov Gümrüdə ya Avetisyanlar ailəsinin evinə girib, ya su içmək istəyib, ya güclü kayfda olub. Ya da hərbi bazada tamamilə bardak hökm sürür. Və əgər bazanın əsgəri güclü kayfda olubsa, görünür, bu, bazanın ərazisində satılan narkotikadır. Qısa desək, o, bütün ailəni güllələyib. İki yaşlı uşağa gülləsi çatmadığından onu süngü-bıçaqla öldürüb. O, hərəkətini belə izah edib ki, adamların onu tanıyıb hərbi bazaya xəbər verəcəyindən qorxub. Yəni iki yaşlı uşaq da onu tanıyıb xəbər verərmiş. Və budur, gülləsi çatmayıb, süngü-bıçaqla doğramağı qərara alıb. Evdə onun ayaqqabısını və paltarını tapıblar, ayaqqabıda isə müvafiq olaraq əsgərin familiyası yazılıbmış: “Permyakov”. Permyakovu bir sutka sonra Türkiyə ilə sərhəddə tutublar. Və bundan sonra finiş gəliir, çünki əsgəri məhkəmə üçün Ermənistan hakimiyyətinə vermək əvəzinə, 102-ci bazanın komandanlığına təhvil veriblər.

Bundan sonra, görünür Kremldə kimlərsə ayaqlarını erməni xalqına silməyi qərara alıb. Mən yeri gəlmişkən, analoji vəziyyəti yada salıram. Podolsk ətrafında yol qəzası oldu: sürücü erməni idi və onu məhkəməyə qadın xalatında gətirdilər - o vaxt da xeyli adam həlak olmuşdu. Ancaq onda, bildiyiniz kimi, Rusiya ərazisində cinayət törətmiş həmin ermənini mühakimə olunmaq üçün Ermənistana vermədilər. Lakin tamamilə aydındır ki, biz ayrıca götürülmüş sıravi Permyakovun şərəfini niyə qorumağı qərara almışıq. Bu fakt diqqəti ona yönəldir ki, biz özgə ölkənin ərazisində özümüzü hətta müstəmləkə ərazisində olduğu kimi də deyil, erməni xalqı üçün ən təhqiramiz formada aparırıq. Üstəlik, ona görə yox ki, belə eləmək olar. Ona görə ki, Kremlin beynəlxalq siyasətdə böyüklüyü ideyası belədir.

Nəticədə minlərlə nümayişçi Rusiya hərbi bazasını mühasirəyə aldı. Mənim iki sualım var. Aydındır ki, bu hadisəyə görə Ermənistanda kritik heç nə olası deyil. Çətin ki, orada Sarkisyanı aşıran maydan başlasın. Ancaq iki məsələ var. Bizə elə gəlir ki, Ermənistan çox uzaqdır. Doğrudan da uzaqdır, ancaq o, bizim döyüşdüyümüz “lənətlənmiş pindoslar” deyil, hər halda Zaqafqaziyadır. Kifayət qədər qaynar regiondur. Qonşuda isə Azərbaycan var, hansı ki onunla münasibətlər də bizə vacibdir. İndi budur, Azərbaycan xalqı Ermənistanda baş verənlərə sevincək baxır və deyir: “Görürsünüz, sizin ikinci sort müstəmləkəçiləriniz sizinlə necə davranır?””

Qətliamda ağır yara almış altı aylıq körpə vəfat edib

Son məlumatlara görə, qətliamda ağır yara almış altı aylıq körpə - Seryoja Avetisyan da vəfat edib. Buna qədər isə Rusiyanın Ermənistandakı hərbi bazasında Gümrüdə həlak olmuş erməni ailəsi üçün pul yığılmağa başlanıb. Bu barədə Gümrüdəki 102 saylı rus hərbi bazasının komandiri Andrey Ruzinski Ermənistanın Şirak vilayətinin qubernatoru Feliks Çolakyanla telefon söhbəti zamanı bildirib. Bununla da, ruslar ermənilərin könlünü alıb sakitləşdirmək istəyirlər. Lakin körpənin ölümü sözsüz ki, gərginliyi artırmış olacaq.

Beləliklə, baş verənlər Rusiyanın öz müstəmləkəsi Ermənistana qarşı neo-imperialist yanaşmasını ortaya qoyur. Suverenliyinin əsas elementi olan hərbi müstəqilliyini Moskvaya güzəştə getmiş Ermənistanda rus əsgərin törətdiyi qırğından sonra istiqlal çağırışları edilirdi. Dünən Rusiya İstintaq Komitəsinin rəhbəri, general-polkovnik Aleksandr Bastırkin də İrəvana gəlib. Bastırkinin Ermənistan İstintaq Komitəsinin rəhbəri Ağvan Ovepyan ilə söhbətinin əsas müzakirə mövzusu bir ailənin 7 üzvünü qətlə yetirmiş rus əsgər Valeri Permyakovun istintaqı olub. Erməni mətbuatından belə görünür ki, Rusiya tərəfi rus əsgərin İrəvanda mühakimə edilməsinə razılıq verməyib.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR