20 Yanvar xalqımızın milli şərəf günüdür

20 Yanvar xalqımızın milli şərəf günüdür
21:08 20 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Ülviyyə Məmmədli, AzərTAc
Azərbaycan xalqı tariximizin qan yaddaşına çevrilmiş 20 Yanvar faciəsi qurbanlarının xatirəsini həmişə böyük ehtiramla yad edəcək. 20 Yanvar xalqımızın milli şərəf günüdür. Bu tarix Azərbaycanın tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılıb.
Yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakini Hüseyn Əhmədov bu fikirləri AzərTAc-a müsahibəsində bildirib.
H.Əhmədov deyib ki, 25 il bundan əvvəl Bakıda törədilmiş qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_xalqimizin_milli_seref_gunudur-826212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR