Yaponiya Ukraynaya 300 mln dollar həcmində əlavə yardım ayırıb

21:52 20 Yanvar 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 21:48 ]


Bakı-APA. Yaponiya Ukraynaya 300 mln dollar həcmində əlavə iqtisadi yardım ayırıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

 

Bu məbləğin 16,6 mln dolları ölkənin şərq bölgələrinin bərpasına yönəldiləcək. Bu barədə Brüsseldə səfərdə olan Yaponiya XİN rəhbəri Fumio Kisida bildirib.  

 

Bundan əvvəl Yaponiya Kiyevə 1,52 mlrd dollar həcmində yardım ayırdığını bəyan edib. Yaponiyanın baş naziri Sindzo Abe Ukraynaya maliyyə yardımının ayrıldığını sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı bildirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR