Azərbaycan prezidenti Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb

21:57 20 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 21:50 ]


Berlin. Fuad Qulubəyli-APA. Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Bundestaqın deputatları,  Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb.

 

APA-nın prezidentin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanla Almaniya arasındakı siyasi, iqtisadi və digər sahələrdəki hazırkı münasibətlər, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Müzakirələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq olduğu qeyd edilib. Alman deputatlar bu görüşdən məmnunluq ifadə ediblər.

 

Görüşdə həmçinin Almaniya və Azərbaycan parlamentləri, xüsusilə dostluq qrupları arasında səmərəli əməkdaşlıq olduğu da vurğulanıb.

 

Görüşdə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə qrup iştirakçılarına ətraflı məlumat verib.

 

Görüşdə həmçinin alman şirkətlərinin Azərbaycana daha çox cəlb edilmələrinin vacibliyi də qeyd edilib.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR