Yaponiya Ukraynaya əlavə 300 mln dollar verdi

Yaponiya Ukraynaya əlavə 300 mln dollar verdi
21:59 20 Yanvar 2015
81 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya Ukraynaya 300 mln dollar həcmində əlavə iqtisadi yardım ayırıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

 

Bu məbləğin 16,6 mln dolları ölkənin şərq bölgələrinin bərpasına yönəldiləcək. Bu barədə Brüsseldə səfərdə olan Yaponiya XİN rəhbəri Fumio Kisida bildirib.  

 

Bundan əvvəl Yaponiya Kiyevə 1,52 mlrd dollar həcmində yardım ayırdığını bəyan edib. Yaponiyanın baş naziri Sindzo Abe Ukraynaya maliyyə yardımının ayrıldığını sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190907

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR