Erməniləri şoka salan xəbər

Erməniləri şoka salan xəbər
22:01 20 Yanvar 2015
296 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın ən güclü ordularının siyahısı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, “Global Firepower” saytının tətbiq etdiyi siyahıda Azərbaycan Ordusu da yer alıb.

Siyahıya ABŞ başçılıq edir. Dünyanın ikinci ən güclü ordusu isə Rusiyaya məxsusdur.

“Global Firepower” siyahını tətbiq edərkən ölkələrin nüvə silahlarını nəzərə almayıb. Burada quruda, havada və dənizdə ordunun imkanları nəzərə alınıb.

Siyahıda üçüncü yeri Çin tutur. Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya ilk onluqda yer alıb.

Siyahıda 50-ci yerdə isə Azərbaycan Ordusudur. Ordumuz Belarus (52), Gürcüstan (64), Qazaxıstan (80) kimi ölkələrdən irəlidədir. Siyahıda ümumilikdə 106 ölkə yer alıb. Siyahıda Ermənistan ordusu yer almayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=320803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR