Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

17:32 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 17:29 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, sabah, dekabrın 26-da saat 09:00-dan 17:00-dək Göyçay-Ucar-Zərdab qaz kəməri qolunun 13 və 22-ci kilometrlərində baş vermiş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinə məxsus “Ucar”, “Lək” və “Zərdab” Qazpaylama stansiyalarında təbii qazın nəqli dayandırılacaq.

 

Təmir müddətində Ucar və Zərdab rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR