Yaponiya Ukraynaya kredit ayırdı

Yaponiya Ukraynaya kredit ayırdı
22:52 20 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya Ukraynaya 300 mln dollar həcmində əlavə iqtisadi yardım ayırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.
 
Bu məbləğin 16,6 mln dolları ölkənin şərq bölgələrinin bərpasına yönəldiləcək. Bu barədə Brüsseldə səfərdə olan Yaponiya XİN rəhbəri Fumio Kisida bildirib.
 
Bundan əvvəl Yaponiya Kiyevə 1,52 mlrd dollar həcmində yardım ayırdığını bəyan edib. Yaponiyanın baş naziri Sindzo Abe Ukraynaya maliyyə yardımının ayrıldığını sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR